Gəncədə 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Gəncədə 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb Gəncədə 2 nəfərdə külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə
4 Dekabr , 2019 12:23
Gəncədə 2 nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Gəncədə 2 nəfərdə külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Gəncə şəhərinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – A.Əliyevdən və E.Əhmədovdan 132 qrama yaxın heroin və 16 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi