Gəncədə ata və oğlu bıçaqlanıb

Gəncədə ata və oğlu bıçaqlanıb Gəncə şəhərində mübahisə zamanı 2 nəfər bıçaq xəsarəti alıb.
Hadisə
29 Noyabr , 2019 08:35
Gəncədə ata və oğlu bıçaqlanıb

Gəncə şəhərində mübahisə zamanı 2 nəfər bıçaq xəsarəti alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Xəyyam oğlu Hüseynov mübahisə zəminində bıçaqlanıb. Mübahisə edənləri sakitləşdirmək istəyərkən onun atası Xəyyam Hüseynov da bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən və mübahisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi