Gəncədə 2 avtomobil toqquşub, azyaşlı xəsarət alıb

Gəncədə 2 avtomobil toqquşub, azyaşlı xəsarət alıb Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
5 Oktyabr , 2019 16:45
Gəncədə 2 avtomobil toqquşub, azyaşlı xəsarət alıb

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Qəmərli küçəsində "KİA" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Nəticədə biri uşaq olmaqla 2 nəfər xəsarət alıb.

Xəsarət alan 3 yaşlı uşağa hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib. Digər şəxs isə yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi