Gəncədə 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb - FOTO

Gəncədə 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb - FOTO ​Ağır xəsarətlər alan hər iki həkim reanimasiya şöbəsinə yerləşdirilib
Hadisə
23 Avqust , 2016 16:02
Gəncədə 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb - FOTO

Gəncə. 23 avqust. REPORT.AZ/ Gəncə şəhərində 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, avqustun 22-də "Yeni Gəncə Özəl Tibb Mərkəzində" əməliyyat olunarkən ölən şəhər sakini 1999-cu il təvəlüdlü Aygül Orucovanın yaxınları əməliyyatı aparan həkimləri, Mayıl Əliyev və Mehdi Talışinskini döyüblər. 

Ağır xəsarətlər alan hər iki həkim tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi