Yuxarı

Gəncədə 16 yaşlı gənci maşın vurub

Polis hadisəni törədən sürücünün axtarışını davam etdirir.

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu axşam Gəncənin Nizami Sovxozu adlanan ərazisində 16 yaşlı gənci maşın vurub.

"Report"un məlumatına görə, şəhər sakini 1999-cu il təvəllüdlü Ayxan Qurbanov yolu keçmək istərkən naməlum avtomobil tərəfindən vurulub.

Xəsarət alan gənc yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəyə tibbi yardım göstərildikdən sonra gəncin vəziyyəti stabilləşib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Polis hadisəni törədən sürücünün axtarışını davam etdirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi