Bakı. 9 yanvar. REPORT.AZ/ Gəncə şəhərinin Kəpəz rayonunda yanğın olub. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 10 otaqdan ibarət inzibati binanın 2-ci mərtəbəsində kargüzarlıq otağının yanar konstruksiyaları, içərisində olan əşyalar 40 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gəncədə 10 otaqlı inzibati binada yanğın olub
Hadisə
9 Yanvar , 2015
17:33


Son xəbərlər
