​"Gəncəbank" sədrinin evini yaran bacısı oğlu: "Varlıdan aparmışam, kasıbdan götürməmişəm ki"

​"Gəncəbank" sədrinin evini yaran bacısı oğlu: "Varlıdan aparmışam, kasıbdan götürməmişəm ki" "Kasıbın adı onsuzda kasıbdır. Kasıb sözü pula getmir, varlı sözü pula gedir"
Hadisə
29 Oktyabr , 2015 03:12
​Gəncəbank sədrinin evini yaran bacısı oğlu: Varlıdan aparmışam, kasıbdan götürməmişəm ki

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Gəncəbank" Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın və qardaşı Məhəmmədli Novruzovun Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən evləri qarət edilib.

"Report" xəbər verir ki, oğurluq həmin şəxslərin yaxın qohumları tərəfindən törədilib.

Belə ki, Daşkəsən rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə sakinləri - 26 yaşlı Emin və 22 yaşlı Sultan Əliyev qardaşları, eləcə də onların yaxın dostu 33 yaşlı Ürfan Məhərrəmov saxlanılıb. Onlar dayı və xalalarının evindən seyf, müxtəlif markalı televizorlar, DVD-lər, eləcə də xeyli miqdarda qiymətli məişət əşyaları oğurlayıblar.

Müstəntiq Bərzani Abbasovun sözlərinə görə, Əliyev Emin Mobil oğlu, Əliyev Sultan Mobil oğlu və onların tanışları Məhərrəmov Ürfan Nürəddin oğlu qabaqcadan əlbir olub bir qrup təşkil edərək 21 sentyabr 2015-ci il tarixində Əli Novruzovun yaşadığı mənzilə daxil olublar və yuxarıda qeyd edilən ev əşyalarını oğurlayıblar. Daha sonra dəstə üzvüləri 9 oktyabr 2015 ci il tarixində Pərvanə Novruzovanın evinə girərək oradan məişət əşyalarını gizli yolla talayıblar.

Saxlanılan hər üç şəxs Novruzovların evindən oğurluq etdiklərini etiraf ediblər. Emin və Sultan Əliyev qardaşları yaxın qohumlarının evini qarət etdikləri üçün peşman olmadıqlarını bildiriblər:

Sultan Əliyev, saxlanılan şəxs: "Varlıdan aparmışam, kasıbdan götürməmişəm ki. Öz xalamın evindən oğurluq etmişəm. Nə düşüb onu eləmişəm. Kasıbdan aparım nə edim, kasıbın adı onsuzda kasıbdır. Kasıb sözü pula getmir, amma varlı sözü pula gedir. Elə qoy özü də eşitsin”.

Emin Əliyev, saxlanılan şəxs: "Peşmançılığı mən Məhəmmədəli ilə Pərvənayə görə keçirmirəm. Mən uşaqlarıma görə peşman ola bilərəm. Amma belədə kimə nə düşüb odur. Başa gələn çəkilər. Söhbət ondan gedir ki, niyə mən hər gün “Xan”da nahar eləmirəm?”.

Hər iki faktla bağlı Daşkəsən rayon Polis şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi