Gəncədə taxta bazarında 1400 kv.m sahə yanıb - YENİLƏNİB-2

Gəncədə taxta bazarında 1400 kv.m sahə yanıb - YENİLƏNİB-2 Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.
Hadisə
27 Avqust , 2019 08:08
Gəncədə taxta bazarında 1400 kv.m sahə yanıb - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

FHN-dən “Report”a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə ilkin çatan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən yanğının miqyası nəzərə alınaraq 2 saylı çağrış elan edilib.

Yanğın nəticəsində ümumi sahəsi 2 ha olan “DAŞQIN” inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konsturksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyyat hissələri yanıb. Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 01:16-da söndürülüb.


01:58***

Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi isə araşdırılır.


01:38***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən "Report"a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək. 

Son xəbərlər

Orphus sistemi