Gəncə-Şəmkir yolunda avtomobil aşıb, 2 nəfər ölüb - ƏLAVƏ OLUNUB

Gəncə-Şəmkir yolunda avtomobil aşıb, 2 nəfər ölüb - ƏLAVƏ OLUNUB Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
2 noyabr 2017 19:02
Gəncə-Şəmkir yolunda avtomobil aşıb, 2 nəfər ölüb - ƏLAVƏ OLUNUB

Gəncə. 2 noyabr. REPORT.AZ/ Gəncə-Şəmkir yolunda baş vermiş avtoqəzada 2 nəfər ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza "99-FX-120" dövlət qeydiyyat nişanlı "Mersedec-Benz" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.

Nəticədə sürücü, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Kənan Orxan oğlu Ələkbərov və adı hələlik məlum olmayan sərnişin dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.

***

Hava limanına gedən yolun yaxınlığında baş vermiş qəza zamanı avtomobil ortadan 2 hissəyə bölünüb. Qəzada sürücü sükanın arxasında ölüb, qadın sərnişin isə maşından kənara düşüb. Hazırda hadisə yerində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəzanın başvermə səbəblərini və dünyasını dəyişənlərin şəxsiyyətini araşdırır.

Son xəbərlər

Orphus sistemi