Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Qəza nəticəsində, Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Zemfira Məmmədova və 1990-cı il təvəllüdlü Nicat adlı şəxs müxtəlif bədən xəsarətləri alıblar.
Hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.