Gəncə şəhərində 2 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncə şəhərində 2 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Gəncə. 15 avqust. REPORT.AZ/ Gəncədə avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub. Reportun Qərb bürosunun məlumatına görə, bunlar Goranboy rayon sakinləri, 1998-ci il təvəllüdlü Fəxri Azər oğlu Həsənov, 1987-ci il təvəllüdlü Pərviz Rəfi oğlu Abbasov və 1991-ci il təvəllüdlü Fərid Arif oğlu Talıbov. Hər üç yaralının vəziyyəti qənaətbəxş və normal qiymətləndirilir.
Hadisə
15 Avqust , 2018 23:40
Gəncə şəhərində 2 avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncə. 15 avqust. REPORT.AZ/ Gəncədə avtomobil qəzası zamanı xəsarət alanların kimlikləri məlum olub. "Report"un Qərb bürosunun məlumatına görə, bunlar Goranboy rayon sakinləri, 1998-ci il təvəllüdlü Fəxri Azər oğlu Həsənov, 1987-ci il təvəllüdlü Pərviz Rəfi oğlu Abbasov və 1991-ci il təvəllüdlü Fərid Arif oğlu Talıbov. Hər üç yaralının vəziyyəti qənaətbəxş və normal qiymətləndirilir.


***22:11

Gəncə. 15 avqust. REPORT.AZ/ Gəncə şəhərində 2 avtomobil toqquşub, xəsarət alanlar var. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şərq çıxışında baş verib. "VAZ-21011" markalı avtomobillə "Nazlifan" markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin orta-ağır, digərlərinin isə qənaətbəxş və normal olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri isə araşdırılır.

Son xəbərlər

Orphus sistemi