Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşları həbs edildi

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşları həbs edildi Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev məhkəməyə gətirilib.
Hadisə
3419
24 Avqust , 2020 16:13
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşları həbs edildi

Binəqədi Rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev barəsində istintaq orqanının təqdimatına baxılıb.

“Report”un xəbərinə görə, məhkəmə təqdimatı təmin edib.

Qərara əsasən, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

13:44

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev məhkəməyə gətirilib.

“Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində həmin şəxslər barəsində istintaq orqanının təqdimatlarına baxılacaq.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Ə.Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı M.Mustafayev saxlanılıb.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi