​Gəncə Şəhər İcra Hakimiyyətinin maşını qəza törədib, 2 nəfər yaralanıb

​Gəncə Şəhər İcra Hakimiyyətinin maşını qəza törədib, 2 nəfər yaralanıb Avtomobil Memarlıq və tikinti şöbəsinə aid olub
Hadisə
8 Noyabr , 2015 00:16
​Gəncə Şəhər İcra Hakimiyyətinin maşını qəza törədib, 2 nəfər yaralanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin baş memarının xidməti avtomobili qəza törədib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin yeni Gəncə qəsəbəsində baş verib.

Gəncə şəhər Memarlıq və tikinti şöbəsinin baş memarı Azad Akif oğlu Əliyevin xidməti avtomobili olan “20 AA 011” dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil “VAZ - 2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ” da olan iki nəfər - Gəncə şəhər sakinləri 22 yaşlı Sənan Əsbərli və 18 yaşlı Tofiq Əlizadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Onların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi