​Gəncə sakininin gözündən şüşə qırıntıları çıxır - FOTO

​Gəncə sakininin gözündən şüşə qırıntıları çıxır - FOTO Həkimlər gözdən çıxan qırıntıları laborator müayinəyə verib
Hadisə
12 Mart , 2015 18:35
​Gəncə sakininin gözündən şüşə qırıntıları çıxır - FOTO

Bakı. 12 mart. REPORT.AZ/ Gəncədə qeyri-adi hadisə baş verib. "Report”un məlumatına görə, şəhər sakini Türkan Həsənovanın gözündən şüşə qırıntıları çıxmağa başlayıb. İlk dəfə bu cür hadisə ilə 2 il əvvəl üzləşdiyini deyən T.Həsənovaya həkimlər o zaman ilkin yardım göstərib. Ancaq o, nəticədən razı qalmadığından Bakıdakı xəstəxanalara üz tutmaq qərarına gəlib. Xəstəni ətraflı müayinə edən həkimlər gözdən çıxan qırıntıları laborator müayinəyə verib. Prosesin gedişatını isə mikroskop vasitəsilə qeydə alıb. T.Həsənovanın müalicəsinin nə cür aparılacağı və gözündən çıxan şüşə qırıntılarının tərkibi araşdırmalardan sonra müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi