Gəncə sakininin girov götürülərək ondan pul tələb edilməsi cinayətinin üstü açılıb

Gəncə sakininin girov götürülərək ondan pul tələb edilməsi cinayətinin üstü açılıb İstintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
10 Noyabr , 2017 12:41
Gəncə sakininin girov götürülərək ondan pul tələb edilməsi cinayətinin üstü açılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Adam öldürməyə cəhd göstərməkdə şübhəli bilinən şəxsin başqa bir cinayəti də üzə çıxıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 25-də adam öldürməyə cəhd göstərməkdə şübhəli bilindiyinə görə tutulan Gəncə şəhər sakini Qurbanov Qurbanın ətrafında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun digər ağır cinayət törətməsi də müəyyən edilib.

Araşdırmalar zamanı onun cari il oktyabrın 10-da digər cinayət ortaqları ilə birlikdə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Məsnunini zorla “VAZ-2107” markalı avtomobildə Gülüstan qəsəbəsinə apararaq orada girov saxlaması və buraxılması müqabilində qohumlarından 100.000 rubl (2870 manat) pul tələb edib, məqsədinə çatdıqdan sonra buraxması, habelə əlavə olaraq 250.000 rubl (7175 manat) da gətirməsini tələb etməsi də müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi