Gəncə sakininin evindan silah aşkarlanıb

Gəncə sakininin evindan silah aşkarlanıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
19 Fevral , 2019 12:33
Gəncə sakininin evindan silah aşkarlanıb
0 : 00
0 : 00

Gəncə. 19 fevral. REPORT.AZ/ Gəncə şəhərində keçmiş məhkumun yaşadığı mənzildən silah aşkarlanıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Oktay Əliyevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd 16 kalibirli lüləsi kəsilmiş “TOZ” markalı  ov silahı, 2 ədəd 16 kalibirli patron və 2 ədəd qara rəngli dəmir “beşbarmaq” aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi