Gəncə sakinini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Gəncə sakinini qətlə yetirən şəxsin məhkəməsi başlayıb Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə İbrahim Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
25 Aprel , 2019 19:19
Gəncə sakinini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə İbrahim Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 24-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə İ.Quliyev şəhər sakini Elçin Həsənovu qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi