Gəncə sakinini avtomobil vurub

Gəncə sakinini avtomobil vurub Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə
22 oktyabr 2016 15:24
Gəncə sakinini avtomobil vurub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Belə ki, 55 yaşlı Abdullayeva Dilbər Rza qızı yolu keçmək istəyərkən onu avtomobil vurulub. O, qəzanı törətmiş sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi