Yuxarı

Gəncə sakininə qarşı soyğunçuluq edən şəxslər tutulub

​Faktla bağlı araşdırmalara başlanılıb

Gəncə. 28 sentyabr. REPORT.AZ/ Gəncə şəhər sakininə qarşı soyğunçuluq edən şəxslər tutulub. “Report”  xəbər verir ki, hadisə bu ilin mart ayında şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər şəhər sakini Fəxri Qocayevin 200 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə alaraq qaçıblar.

Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakinləri 1984-cü il təvəllüdlü Kazbek Bulekbayev və 1962-ci il təvəllüdlü İkram Bayramov tutulub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi