Gəncə sakininə bıçaqla xəsarət yetirilib

Gəncə sakininə bıçaqla xəsarət yetirilib Gəncə şəhərində quldurluq hadisəsi baş verib.
Hadisə
24 Noyabr , 2020 11:50
Gəncə sakininə bıçaqla xəsarət yetirilib
0 : 00
0 : 00

Gəncə şəhərində quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kəpəz Rayon Polis İdarəsinə noyabrın 17-də Gəncə şəhərinin Məhsəti qəsəbəsi ərazisində 3 nəfərin qəsəbə sakini S.Sarıyevə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri E.İsmayılov, əvvəllər məhkum olunmuşlar B.ƏliyevƏ.Hüseynov saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi