Gəncə sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb - VİDEO

Gəncə sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb - VİDEO Gəncə. 7 fevral. REPORT.AZ/ Gəncə şəhər sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb.
Hadisə
185
7 Fevral , 2018 15:34
Gəncə sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb - VİDEO

Gəncə. 7 fevral. REPORT.AZ/ Gəncə şəhər sakini sosial şəbəkədə onu təhqir edən şəxsi bıçaqlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində şəhər sakini, 1990-cı il təvəllüdlü Osmanlı Rəsul Firuz oğlunun məhkəmə prosesi keçirilib. 

Belə ki, araşdırma zamanı R.Osmanlı 10 dekabr 2016-cı il tarixdə “Odnoklassniki” sosial şəbəkəsində tanımadığı şəxsin şəklinin altına rəy yazdığı üçün şəhər sakini, 1995-ci il təvəllüdlü Cahandar Rauf oğlu Alıyev ilə aralarında mübahisə yaranıb. Tərəflər görüşüb mübahisəyə aydınlıq gətirmək üçün mobil nömrələrini yazıblar və həmin gün axşam görüşərkən C.Alıyev öz iki dostu ilə R.Osmanlını döyüb. Hadisədən bir gün sonra R.Osmanlı yenidən C.Alıyevi görüşə çağırıb və onu bıçaqlayıb. 

Baş verən hadisə ilə bağlı Osmanlı Rəsul Firuz oğluna qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində R.Osmanlının cinayət işinə baxılır.

Məhkəmə prosesi davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi