Gəncə sakini ov zamanı güllə yarası alıb

Gəncə sakini ov zamanı güllə yarası alıb Hadisə Goranboy rayonu ərazisində baş verib
Hadisə
27 Oktyabr , 2017 04:40
Gəncə sakini ov zamanı güllə yarası alıb

Gəncə. 27 oktyabr. REPORT.AZ/ Goranboy rayonunda tüfəng ilə ov edən Gəncə şəhər sakini güllə yarası alıb.

"Report"un Qərb bürosu xəbər verir ki, 1988-ci il təvəllüdlü Vüqar Məmmədov ayağından yaralanıb.

Yaralı Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Kişinin hansı şəraitdə yaralandığı araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi