Gəncə sakini evinin damından yıxılaraq ağır xəsarət alıb

Gəncə sakini evinin damından yıxılaraq ağır xəsarət alıb Hadisə kişi damdakı şiferi düzəltmək istəyərkən baş verib
Hadisə
19 Aprel , 2017 22:56
Gəncə sakini evinin damından yıxılaraq ağır xəsarət alıb

Gəncə. 19 aprel. REPORT.AZ/ Gəncədə evinin damındakı şiferi düzəltmək istəyən 45 yaşlı kişi oradan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü, Məhərrəmov Nəcib Qurban oğlu yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti hazırda orta-ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, N.Məhərrəmov külək səbəbindən dağılan şiferi düzəltmək istəyərkən ehtiyatsızlıqdan ayağı sürüşərək yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi