Gəncə sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb

Gəncə sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb Gəncə. 22 iyun. REPORT.AZ/ Gəncə şəhərində yerli sakin bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Hadisə
22 iyun 2018 16:51
Gəncə sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb

Gəncə. 22 iyun. REPORT.AZ/ Gəncə şəhərində yerli sakin bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü şəhər sakini Seyfullayev Vüqar Paşa oğlu avtomobilini yuduzduran zaman avtomobil asılı olduğu yerdən aşağı düşüb.

Nəticədə V.Seyfullayev xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralı döş qəfəsindən travma alıb və sol qabırğasında sümük sınığı diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərilib, daha sonra özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi