Gəncə-Daşkəsən yolunda vurulan piyadanın kimliyi məlum olub - YENİLƏNİB

Gəncə-Daşkəsən yolunda vurulan piyadanın kimliyi məlum olub - YENİLƏNİB Gəncə-Daşkəsən avtomobil yolunda avtomobillə vurulan piyadanın kimliyi bəlli olub.
Hadisə
9 aprel 2019 19:15
Gəncə-Daşkəsən yolunda vurulan piyadanın kimliyi məlum olub - YENİLƏNİB

Gəncə-Daşkəsən avtomobil yolunda avtomobillə vurulan piyadanın kimliyi bəlli olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayon Qızılca kənd ərazisindən keçən hissəsində avtomobil tərəfindən vurulan piyada Daşkəsən rayon sakini, 2000-ci il təvəllüdlü Nadirxan Şahlar oğlu Sarıyevdir. 

Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.


***22:51

Gəncə-Daşkəsən yolunda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. 

Hadisənin dəqiq baş vermə səbəbləri və piyadanın kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi