Gəncə-Daşkəsən yolunda təcili yardım maşınının qəzaya uğraması nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncə-Daşkəsən yolunda təcili yardım maşınının qəzaya uğraması nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB Qəzaya uğramış təcili yardım maşını Göygöl Rayon Mərkəzi Xəstəxanasına məxsusdur.
Hadisə
21 Sentyabr , 2016 00:10
Gəncə-Daşkəsən yolunda təcili yardım maşınının qəzaya uğraması nəticəsində 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı. 21 sentyabr. REPORT.AZ/ Gəncə-Daşkəsən yolunda VAZ -2107" markalı avtomobillə təcili yardım maşınının toqquşması zamanı xəsarət almış şəxslərdən birinin şəxsiyyəti müəyyənləşib.

"Report" xəbər verir ki, bu, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü sürücü Məmmədov Cavid Tofiq oğludur. O, Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı xəsarət almış hərbçilərdən biri Ağayev soyadlı Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçudur (MAXE). Onun vəziyyətinin ağır olduğu bildirilir. Xəsarət almış digər hərbçinin vəziyyəti isə normaldır.

Qəzaya uğramış təcili yardım maşını Göygöl Rayon Mərkəzi Xəstəxanasına məxsusdur.


***22:35

Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə saat 22:20 radələrində baş verib.

Belə ki, "VAZ -2107" markalı avtomobillə təcili yardım maşını toqquşub. Qəza zamanı "VAZ -2107" avtomobilinin sürücüsü və 2 hərbçi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi