Göygöldə ölən piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Göygöldə ölən piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB Göygöl rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.
Hadisə
27 Avqust , 2019 23:42
Göygöldə ölən piyadanın şəxsiyyəti məlum olub - YENİLƏNİB

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, 1957-ci il təvəllüdlü Gəncə şəhər sakini Ehtiram Həsənovdur.


***23:13

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, avtomobil tərəfindən vurulan kişi ağır halda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən şəxsin yaxınları xəstəxanada tibb müəssisəsinin əməkdaşlarına təzyiq göstəriblər, şöbənin bir neçə pəncərəsinin şüşəsi sındırılıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi