Gəncə Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib

Gəncə Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib Bu haqda hava limanın direktor müavini Valeri Kozin bildirib
Hadisə
8 Noyabr , 2015 15:25
Gəncə Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Gəncə Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib.

Bu haqda "Report"a məlumat verən limanın direktor müavini Valeri Kozin qeyd edib ki, Türk Hava Yollarına (THY) məxsus İstanbul-Gəncə reysinin həyata keçirməsinə mane olan qatı duman artıq müşahidə edilmir.

Belə ki, günün ikinci yarısında gözlənilən "Moskva-Gəncə" reysi vaxtında həyata keçiriləcək.

Xatırladaq ki, bu gün səhər İstanbul-Gəncə reysini həyata keçirən təyyarə Gəncə Beynəlxalq Hava Limanına eniş edə bilməyib. Təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib,  sərnişinlər isə avtobuslarla Gəncəyə göndərilib.

THY təyyarəsi isə artıq Türkiyəyə qayıdıb.

Son xəbərlər

Orphus sistemi