​Gəncədə bank binasında yanğın baş verib

​Gəncədə bank binasında yanğın baş verib Hadisə şəhərin Nizami rayonunda qeydə alınıb
Hadisə
11 Yanvar , 2015 00:29
​Gəncədə bank binasında yanğın baş verib
Bakı. 11 yanvar. REPORT.AZ/ Gəncə şəhərinin Nizami rayonunda 13 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən EKSPRESS Bankda yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bankın arxiv otağında quraşdırılmış elektrik lövhəsində elektrik açarı və 0,5 p.m elektrik naqilləri yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən elektrik naqillərini ayırmaqla söndürülüb.

Son xəbərlər

Orphus sistemi