Gəncədə antenna quraşdıran gənc hündürlükdən yerə yıxılıb

Gəncədə antenna quraşdıran gənc hündürlükdən yerə yıxılıb Yaralının vəziyyəti orta ağırdır
Hadisə
5 İyun , 2016 00:39
Gəncədə antenna quraşdıran gənc hündürlükdən yerə yıxılıb

Gəncə. 5 iyun. REPORT.AZ/ Gəncə şəhərində bədbəxt hadisə baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a verilən məlumata görə, gecə saatlarında müəssisəyə döş qəfəsi və qarın nahiyələrinin travması xəsarəti ilə yaralı gətirilib.

1991-ci il təvəllüdlü yerli sakin Səməd Həsənova dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib.

S.Həsənov hüdür yerdə çanaq antennası quraşdıran zaman ehtiyatsız davranıb və yerə yıxılaraq xəsarət alıb. Həkimlər hazırda onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Son xəbərlər

Orphus sistemi