Gənc qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Gənc qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ağadadaş Rzazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
12 Dekabr , 2019 16:13
Gənc qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ağadadaş Rzazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Rauf Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Nizami rayonu, R.Rüstəmov küçəsi 13 ünvanının qarşısında baş verib. 1993-cü il təvəllüdlü Ağadadaş Rzazadənin idarə etdiyi "Daevoo" markalı avtomobil piyada yol keçən 1998-ci il təvəllüdlü Leyla Quliyevanı vurub.

21 yaşlı L.Quliyeva xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Rzazadəyə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi