Xızıda gəmidən oğurluq edən dəstə üzvlərinin cinayət işi məhkəməyə göndərilib

Xızıda gəmidən oğurluq edən dəstə üzvlərinin cinayət işi məhkəməyə göndərilib Bakı. 28 yanvar. REPORT.AZ/ Xızıda oğurluqda təqsirləndirilən Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov və Ramil Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
28 yanvar 2019 05:35
Xızıda gəmidən oğurluq edən dəstə üzvlərinin cinayət işi məhkəməyə göndərilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Xızıda oğurluqda təqsirləndirilən Müslüm Əhmədov, Cəmil Həsənov, Vidadi Abasov Ramil Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalaroun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, həmin şəxslər ötən ilin aprel ayında Xızı rayon Polis şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində yerləşən “VİRİDE” MMC-yə məxsus "Rusbot-85K" tipli gəzinti təyinatlı gəmidən ümumi dəyəri 80 min manat məbləğində dəyərləndirilən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, 1 ədəd akkumlyator və 1 ədəd uzaqdan idarəetmə cihazı oğurlayıblar.

Son xəbərlər

Orphus sistemi