Gədəbəyin Novoivanovka kəndində baş vermiş yanğın sakinlər tərəfindən söndürülüb

Gədəbəyin Novoivanovka kəndində baş vermiş yanğın sakinlər tərəfindən söndürülüb Yanğına səbəb elektirik sayğacında yaranmış qısaqapanma olub
Hadisə
23 Mart , 2017 19:37
Gədəbəyin Novoivanovka kəndində baş vermiş yanğın sakinlər tərəfindən söndürülüb
Courtesy İmage

Gədəbəy. 23 mart. REPORT.AZ/ Gədəbəy rayonunun Novoivanovka kəndində vətəndaşa məxsus ev yanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Kənd sakini Paşayeva Nazifə İmamverdi qızına məxsus 3 otaqdan ibarət fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində evin bir otağı yanıb. Kənd sakinlərin köməyi yanğının digər otaqlara keçməsinin qarşısı alınıb və yanğın onlar tərəfindən söndürülüb.

İlkin məlumata görə, yanğına səbəb elektirik sayğacında yaranmış qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gədəbəy rayon Yanğından Mühafizə Hissəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, yanğının baş verdiyi saatda hadisə yerindən hər hansı çağırış olmadığından əraziyə yanğınsöndürən maşın göndərilməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi