Gədəbəyə yağan dolu bir sıra fəsadlar törətdi - FOTO - VİDEO

Gədəbəyə yağan dolu bir sıra fəsadlar törətdi - FOTO - VİDEO Bu gün günorta saatlarında Gədəbəy rayonuna güclü yağış yağıb, dolu düşüb.
Hadisə
21 iyun 2020 19:05
Gədəbəyə yağan dolu bir sıra fəsadlar törətdi - FOTO - VİDEO

Bu gün günorta saatlarında Gədəbəy rayonuna güclü yağış yağıb, dolu düşüb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Göyəlli, Qaradağ, Rəhimli, Soyuqbulaq, Slavyanka və digər bir neçə kəndinə yağan güclü yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub. 

Dolu və yağış suları əkin sahələrinə, meyvə ağaclarına və avtomobil yollarına zərər vurub. Güclü külək bir neçə ağacın iri budaqlarını sındırıb. 

Müəyyən yerlərdə elektik enerjisinin verilməsində fasilələr yaranıb. Bəzi kəndlərdə isə bir neçə avtomobil sel sularının yaratdığı fəsadlar səbəbindən yolda qalıb.

Yağıntılı hava şəraiti Gədəbəy şəhərində də bir sıra fəsadlar törədib, güclü yağış zamanı mərkəzi avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşdirib.

Xatırladaq ki, bu gün Qərb bölgəsinin digər dağlıq rayonlarından biri olan Daşkəsən rayonuna da güclü yağış yağıb, dolu düşüb.

Son xəbərlər

Orphus sistemi