Gədəbəydə yol qəzasında ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB - FOTO

Gədəbəydə yol qəzasında ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB - FOTO Gədəbəy rayonunda baş verən yol qəzasında ölən şəxsin kimliyi bilinib.
Hadisə
1 Fevral , 2020 12:53
Gədəbəydə yol qəzasında ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB - FOTO

Gədəbəy rayonunda baş verən yol qəzasında ölən şəxsin kimliyi bilinib.

"Report"un xəbərinə görə, qəza zamanı ölən şəxs Şəmkir rayon sakini, 23 yaşlı Səfərov Azər Bayram oğludur. 

Hadisə zamanı yaralananlardan digəri isə 1985-ci il təvəllüdlü Emin Budaqovdur. 


***12:39

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb. 

Mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Daha 7 nəfər - 1967-ci il təvəllüdlü Şəhla Şəmilova, 1996-cı il təvəllüdlü Solmaz Sadıqova, 1964-cü il təvəllüdlü Mənzər Məmmədəliyeva, 2002-ci il təvəllüdlü Coşqun Abbasov, 1985-ci il təvəllüdlü Sahil İsmayılov və 1963-cü il təvəllüdlü Ağa Ələkbərov xəsarət alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi