Gədəbəydə yol qəzasında 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Gədəbəydə yol qəzasında 8 nəfər xəsarət alıb - YENİLƏNİB Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
9 Mart , 2019 21:01
Gədəbəydə yol qəzasında 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, yaralılar öncə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, ardınca isə Gəncə şəhərində yerləşən xəstəxanalara aparılıblar.

Xəsarət alanlar bunlardır:

1. Bayramov Araz Məhəmməd oğlu (1984)

2. Həsənov Natiq Nəriman oğlu (1989)

3. Musayev Tariyel Elbar oğlu (1989)

4. Məmmədov Araz Mehbalı oğlu (1989)

5. Pirverdiyev Təbriz Hüseyn oğlu (1960)

6. Qasımov Ramil Vüqar oğlu (2008)

7. Fərzəliyev Mobil Habil oğlu (2004)

8. Məmmədov Mətləb (2012)


*** 19:21

Gədəbəy. 9 fevral. REPORT.AZ/ Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qaradağ kəndində iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində biri uşaq olmaqla 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi