Gədəbəy sakini öz avtomobilinin altında qalaraq ölüb - YENİLƏNİB

Gədəbəy sakini öz avtomobilinin altında qalaraq ölüb - YENİLƏNİB Gədəbəy rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə
500
23 Fevral , 2021 23:04
Gədəbəy sakini öz avtomobilinin altında qalaraq ölüb - YENİLƏNİB

Gədəbəy rayonunda baş verən bədbəxt hadisənin təfərrüatları məlum olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, rayon sakini, 1961-ci il təvəllüdlü Lətif Ələsgərov Qaramurad kəndində sürücülüklə məşğul olub.

Kənd yollarının qarlı olması səbəbindən özünə məxsus "QAZ-24" markalı avtomobilini dəmir vasitə ilə qaldırıb, təkərlərə zəncir bağlamaq istəyib. Nəticədə avtomobil sürüşüb və Lətif Ələsgərov nəqliyyat vasitəsinin altında qalıb.

Hadisə yerinə həkim biriqadası cəlb olunub və aparılan ilkin müayinə zamanı onun öldüyü məlum olub.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

21:44

Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Qaramurad kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Lətif Ələsgərov ehtiyatsızlıqdan öz avtomobilinin altında qalaraq ölüb.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi