Gədəbəydə torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var

Gədəbəydə torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Oktyabr , 2017 18:52
Gədəbəydə torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var

Gədəbəy. 25 oktyabr. REPORT.AZ/ Gədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb. 

Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Dava zamanı qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi