Gədəbəydə spirtli içki qəbul edən 46 yaşlı kişi ölüb

Gədəbəydə spirtli içki qəbul edən 46 yaşlı kişi ölüb Onun zəhərlənərək öldüyü ethtimal edilir
Hadisə
1 noyabr 2017 12:58
Gədəbəydə spirtli içki qəbul edən 46 yaşlı kişi ölüb

Gədəbəy. 1 noyabr. REPORT.AZ/ Gədəbəy rayonunda spirtli içki (araq) qəbul edən 46 yaşlı kişi ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Böyük Qaramurad kəndində baş verib. 

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Tahiq Qəşəm oğlu Ələsgərov atasıgildə qəbul etdiyi alkoqollu içkidən sonra özünü pis hiss edib. Yaxınları təcili yardım çağırsa da həkimlər onun artıq öldüyünü müəyyən edib. Onun spirtli içkidən zəhərlənərək öldüyü ethtimal edilir. 

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi