Gədəbəydə söyüşə görə həmyerlisini qətlə yetirən şəxsə hökm oxunub

Gədəbəydə söyüşə görə həmyerlisini qətlə yetirən şəxsə hökm oxunub Gəncə. 9 oktyabr. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Məmmədəli Cəfərlinin məhkəməsi başa çatıb.
Hadisə
9 Oktyabr , 2018 12:07
Gədəbəydə söyüşə görə həmyerlisini qətlə yetirən şəxsə hökm oxunub
0 : 00
0 : 00

Gəncə. 9 oktyabr. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Məmmədəli Cəfərlinin məhkəməsi başa çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

O, məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 17-də Gədəbəy rayonunun Böyük Qaramurad kəndində baş verib. Rayonun Kiçik Qaramurad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədəli Şakir oğlu Cəfərli Böyük Qaramurad kəndinin sakini, 1984-cü il təvəllüdlü Elşad İsa oğlu Quliyevlə mübahisə edib. O, daha sonra həmyerlisini bıçaqlayaraq hadisə yerindən qaçıb və xəstəxanaya yerləşdirilmiş E.Quliyev orada ölüb. Polis tərəfindən saxlanılan M.Cəfərli hadisəni söyüşə görə törətdiyini bildirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi