Gədəbəydə qonşusunun evindən oğurluq edən qadın saxlanılıb

Gədəbəydə qonşusunun evindən oğurluq edən qadın saxlanılıb Bakı. 26 dekabr. REPORT.AZ/ Gədəbəy rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə
26 Dekabr , 2018 14:17
Gədəbəydə qonşusunun evindən oğurluq edən qadın saxlanılıb
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ Gədəbəy rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.  

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Düzyurd kəndindəki evlərin birindən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qonşusu L.Quliyeva saxlanılıb.

Son xəbərlər

Orphus sistemi