Gədəbəy rayonunda qətl törətməkdə təqsirləndirilən Zakir İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən il iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazisindən keçən hissəsində Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. E.Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Z.İsgəndərov saxlanılıb.