Gədəbəydə qadına əzab verən şəxs apellyasiya şikayəti verib

Gədəbəydə qadına əzab verən şəxs apellyasiya şikayəti verib Gədəbəy rayonunda bibisi qızına qadına əzab vermədə təqsirləndirilən Qəzənfər Hacıyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Hadisə
29 Yanvar , 2022 11:22
Gədəbəydə qadına əzab verən şəxs apellyasiya şikayəti verib

Gədəbəy rayonunda bibisi qızına əzab vermədə təqsirləndirilən Qəzənfər Hacıyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə iclası fevralın 4-nə təyin edilib.

Şikayət hakim Elçin Xasməmmədovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, 2021-ci il mayın 31-də rayon sakini, 1947-ci il təvəllüdlü Q.Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı, 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib və ona işgəncə verib.

İstintaq orqanı tərəfindən Q.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum olunub.

Son xəbərlər

Orphus sistemi