Gədəbəy. 29 yanvar. REPORT.AZ/ Gədəbəy rayonunda elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişən gənc oğlanın şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosunun verdiyi xəbərə görə, rayon sakini, 1988-ci il təvəllüdlü Mehdiyev Mehdi İsmayıl oğlu yük avtomobilinin üzərindəki yükü düzəldən zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik xəttinə toxunub.
Nəticədə M.Mehdiyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
*** 19:23
Gədəbəy. 29 yanvar. REPORT.AZ/ Gədəbəy şəhərində cərəyanvurma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanı elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün
Hadisəsnin dəqiq səbələri araşdırılır.