Gədəbəy. 24 fevral. REPORT.AZ/ Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Təbriz Hüseynov idarə etdiyi "Ford" markalı mikroavtobusu yolun kənarındakı daş hasara vurub. Nəticədə T.Hüseynov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.