Yuxarı
    Bağlamaq

    Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb. 

    Belə ki, Gəncə şəhər sakini İlham Quliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və Şəmkir rayon sakini Vüqar Əzimovun idarə etdiyi "VAZ-21214" markalı avtomobillə toqquşub. 

    Nəticədə "VAZ-21214" markalı avtomobildə olan sərnişin Şəmkir rayon sakini Əli Əzizov hadisə yerində ölüb, sürücü isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

    Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi