Gədəbəydə maşın idarəetməni itirərək aşıb, sürücü komaya düşüb

Gədəbəydə maşın idarəetməni itirərək aşıb, sürücü komaya düşüb Hadisə rayonun mərkəzində baş verib
Hadisə
25 avqust 2017 04:59
Gədəbəydə maşın idarəetməni itirərək aşıb, sürücü komaya düşüb

Bakı. 25 avqust. REPORT.AZ/ Gədəbəy rayonunun mərkəzində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, 1986-ci il təvəllüdlü Abbasov Elvin Bakir oğlu "VAZ-21011" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Sürücü açıq kəllə-beyin travması alıb və onun onurğa sümüyü sınıb. O, Bakıya özəl xəstəxanaların birinə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, sürücü koma vəziyyətdindədir.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi