Gədəbəydə dumanlı hava şəraiti qəzaya səbəb olub, xəsarət alanlar var - YENİLƏNİB

Gədəbəydə dumanlı hava şəraiti qəzaya səbəb olub, xəsarət alanlar var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Dekabr , 2018 20:58
Gədəbəydə dumanlı hava şəraiti qəzaya səbəb olub, xəsarət alanlar var - YENİLƏNİB

Gədəbəy. 17 dekabr. REPORT.AZ/ Gədəbəy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Zəhmət kəndi ərazisində baş verən yol qəzası zamanı Gədəbəy rayon sakinləri, 2003-cü il təvəllüdlü Bayram Yaşar oğlu İsmayılov və 1978-ci il təvəllüdlü Cabir Rasim oğlu Zeynalov müxtəlif dərəcəli bədənxəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



*** 19:26


Gədəbəy. 17 dekabr. REPORT.AZ/ Gədəbəy rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəhmət kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Faktla bğlı araşdırmalara başlanılıb. 


Son xəbərlər

Orphus sistemi