Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib Əməliyyat olunan yaralının vəziyyəti ağırdır
Hadisə
30 Mart , 2017 00:17
Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

Gədəbəy. 30 mart. REPORT.AZ/ Axşam saatlarında Gədəbək rayonunun İnəkboğan kəndində yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü rayon sakini Tağıyev Elçin Zirəddin oğlunun hansı səbəbdən çıçaqlandığı hələ məlum deyil.

O, əvvəl Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi