Gədəbəydə avtomobil qəzası baş verib, xəsarət alanlar var

Gədəbəydə avtomobil qəzası baş verib, xəsarət alanlar var Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Sentyabr , 2019 22:30
Gədəbəydə avtomobil qəzası baş verib, xəsarət alanlar var
Foto: "Report"

Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Zəhmət kəndində olub. 

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan biri, 1982-ci il təvəllüdlü Əfşan Qəhrəmanovun xəsarəti ağır olduğundan o, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Digər iki yaralının vəziyyəti isə qənaətbəxş hesab olunur. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi